Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar

Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar "dəyirmi masa" keçirilib  

Hazırda oxunan: Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar "dəyirmi masa" keçirilib  

155375

Sentyabrın 15-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, bu əlaqələrin uğurla inkişaf etməsindən, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, qardaş ölkə istər torpaqlarımızın işğalda olduğu dövrdə, istərsə də 2020-ci ilin sentyabrın 27-dən başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı qələbəmiz ilə nəticələnən Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək göstərib.

Tədbir Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş videoçarxın nümayiş olunması ilə başa çatıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO