Sentyabr döyüşlərində şəhid olan Elnur Məhərrəmovun doğum günündə xatirəsi anıldı - FOTO 

Sentyabr döyüşlərində şəhid olan Elnur Məhərrəmovun doğum günündə xatirəsi anıldı - FOTO 

Hazırda oxunan: Sentyabr döyüşlərində şəhid olan Elnur Məhərrəmovun doğum günündə xatirəsi anıldı - FOTO 

155355

Göyçayda sentyabr şəhidi Elnur Məhərrəmovun ildönümü qeyd olunub. 

Bizim Media-nın Aran bürosu xəbər verir ki, 2022-ci ilin 12–14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zaman şəhidlik zirvəsinə ucalan şəhid Məhərrəmov Elnur Nərbala oğlunun ildönümü Göyçay rayonunun Şəkər kəndində məzarı önündə qeyd olunub.  

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. 

Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər. 

Xatırladaq ki, şəhid Elnur Məhərrəmov 18.05.2001-ci il tarixdə Göyçay rayonu Şəkər kəndində anadan olub.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalıb. 15 sentyabr 2022-ci il tarixdə doğulduğu Şəkər kəndində dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO