Laçında 31 ildən sonra ilk zəng ÇALINDI – FOTO  

Laçında 31 ildən sonra ilk zəng ÇALINDI – FOTO  

Hazırda oxunan: Laçında 31 ildən sonra ilk zəng ÇALINDI – FOTO  

155339

Sentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

2023–2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq. 

Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya, kimya, fizika, biologiya kabinetləri, informatika, çağırışaqədərki hazırlıq, tibb, həmçinin qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı, 182 yerlik akt zalı mövcuddur. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO