Bu ilin yanvar-avqust ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7598 cinayət faktı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-avqust aylarının yekununa dair məlumatda deyilir.
Qeyd edilib ki, həmin cinayətlərdən 2659-u narkotik vasitələrin satışı, 4649-u narkotik vasitələrin əldə edilib saxlanılması, 260-ı olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 722 kq 686,454 qr-nı heroin, 3 ton 349 kq 422,948 qr-nı marixuana, 236 kq 905,361 qr-nı tiryək, 50 kq 988,844 qr-nı həşiş, 750,831 qr-nı kokain, 318 kq 741,409 qr-nı psixotrop maddələr, 125 kq 042,665 qr-nı digər narkotik vasitələr təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 47726 ədəd həb metadon, 14164 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor dövriyyədən götürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:08 / 15.09.2023
Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi AÇIQLANDI
155313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.