Əsir hərbçilərin valideynləri: “Balamız 6 aya yaxındır düşmən əlindədir”

Əsir hərbçilərin valideynləri: “Balamız 6 aya yaxındır düşmən əlindədir”

Hazırda oxunan: Əsir hərbçilərin valideynləri: “Balamız 6 aya yaxındır düşmən əlindədir”

155295

Azərbaycan Ordusunun əsir düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov artıq 5 aydan çoxdur ki, Ermənistan ərazisində saxlanılır. Əsir hərbçilərimizin Azərbaycana qaytarılması ilə bağlı işlərin nə yerdə olduğu barədə hələki məlumat yoxdur.  

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda əsir saxlanılan əsgərlərimizə ən son sentyabrın 11-də baş çəkib. Daha sonra isə əsirləri ailələri ilə danışdırıb. 

Bizim.Media-ya açıqlamasında əsir hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib ki, oğlu ilə görüntülü danışmasına imkan verilməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan məhkəməsi əsir saxlanılan əsgərimizin həbs müddətini UZATDI


“Balamı görə bilmədim. Heç olmasa səsini eşitdim. Şükür səsi yaxşı gəldi. Atası, bacısı və mən ağlayırdıq. “Ağlamayın, gələcəm, yaxşıyam” deyirdi. 6 aya keçib ki, oğlum düşmənin əlindədir.  Xəstəyəm, narahat olmayım deyə çox pozitiv və ürəkli danışırdı. Ailəyə bağlı olduğu üçün ancaq bizi soruşurdu. Narahatlığım oğlumun bu aylar ərzində hələ də düşmən əlində olmasıdır. Oğlum vətənpərvərdir. əsgər getmək üçün günlərini sayırdı. Hava şəraitinə görə azıb keçən balalarımızın Ermənistanda 6 aya yaxın saxlanılması sadəcə təssüf doğurur”.

Digər əsir Hüseyn Axundovun anası Şəlalə Axundova da oğlu ilə ən son ayın 11-i danışdığını deyib:

“Qızıl Xaç Komitəsinin nümayəndəsinin telefonu ilə oğlumla danışdıq. Hər şeyin yaxşı olduğunu dedi. Bizə təsəlli verdi ki, tezliklə vətəninə ailəsinə qovuşacaq. Biz də səbirsizliklə o günü gözləyirik. Oğlumun həsrətindən yatağa düşmüşəm. Xəstəxanaları gəzməkdən də yorulmuşam. Bu dəqiqə də xəstəxanadan gəlirəm”, - deyə ana qeyd edib. 

Xatırladaq ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.

Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il,  Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO