Yeni tədris ilində BDU-ya qəbul olunan tələbələrin SAYI 

Yeni tədris ilində BDU-ya qəbul olunan tələbələrin SAYI 

Hazırda oxunan: Yeni tədris ilində BDU-ya qəbul olunan tələbələrin SAYI 

155286

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ili başlayıb. 

Bizim.Media xəbər verir ki, BDU-da ilk dərslər Azərbaycan xalqının Ümummilli Lideri, Universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevə həsr olunub.

2023/2024-cü tədris ilində BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.
Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 21610 tələbə təhsil alır. Onlardan 7281-i kişi, 14329-u qadındır. Tələbələrdən 12100-ü humanitar, 9510-u təbiət elmləri üzrə ixtisaslarda təhsil alır.

BDU-nun bakalavriaturasında təhsil alan tələbələrin 15093-ü dövlət sifarişi əsasında, 6516 nəfəri ödənişli əsaslarla oxuyur. 

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5409 nəfər qəbul olunub. Onlardan 3843 nəfər dövlət sifarişli, 1566 nəfər ödənişli əsaslarla təhsil alacaq. Qəbul olananların 267 nəfəri 600-dən, 839 nəfəri 500-dən yuxarı bal toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO