Sertifikasiya olunan müəllimlərin müsahibə nəticələri AÇIQLANDI 

Sertifikasiya olunan müəllimlərin müsahibə nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Sertifikasiya olunan müəllimlərin müsahibə nəticələri AÇIQLANDI 

155279

Sertifikatlaşdırma prosesinin müsahibə nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

8 sentyabr tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələrinə dair məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. 

Qaydalara görə, sertifikasiyanın müsahibə mərhələsi maksimum 40 (qırx) balla qiymətləndirilib. 

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.  

Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar. 

Xatırladaq ki, 2023-cü ilin 20-24 iyun tarixlərində Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO