Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür

Hazırda oxunan: Bu gün Azərbaycanda Bilik Günüdür

155261

Bu gün - sentyabrın 15-də Azərbaycanın bütün təhsil müəssisələrində “Bilik günü” qeyd olunur. 

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin 2023-2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq. 

Bütün tədris müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. 

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə ümumilikdə, 481 131 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 

Dərs ili ərzində 5 gün payız (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) də olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO