Sabah saat 09:00-dan “Qusar-2” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti ilə “Şahdağ TK (QPS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin əlaqələndirilməsi və “Zabrat 1” ölçü qovşağı üzərində quraşdırılmış baypas xəttin birləşmə işləri, həmçinin saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi” QPS-də ölçü qovşağının giriş və çıxış xətləri üzərində olan yararsız siyirtmə və kranın əvəzlənməsi ilə bağlı qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Qusar (böyük hissəsi) və Ağcabədi (tam olaraq) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:42 / 14.09.2023
Abonentlərin NƏZƏRİNƏ: Bir neçə rayonda qaz kəsiləcək
Hazırda oxunan: Abonentlərin NƏZƏRİNƏ: Bir neçə rayonda qaz kəsiləcək
Hazırda oxunan: Abonentlərin NƏZƏRİNƏ: Bir neçə rayonda qaz kəsiləcək
155243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.