Göyçayda 1076 şagird yerlik məktəb binasının açılışı olub - FOTO 

Göyçayda 1076 şagird yerlik məktəb binasının açılışı olub - FOTO 

Hazırda oxunan: Göyçayda 1076 şagird yerlik məktəb binasının açılışı olub - FOTO 

155239

Göyçayda yeni məktəb binasının açılış mərasimi keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay şəhər Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbin yeni inşa olunan məktəb binasının açılış mərasimi keçirilib.   

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri və məktəbin müəllim kollektiv iştirak edib.  

Mərasim iştirakçıları əvvəlcə yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. 

Bildirilib ki, yenidən tikilmiş məktəb 1076 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur. 

Açılış mərasimindən sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbin müəllim kollektivi ilə görüşüb və yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıb. 
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbdə 500 şagirdin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olacaq.
















Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO