Bakıda sabah hava yağmursuz olacaq

Bakıda sabah hava yağmursuz olacaq

Hazırda oxunan: Bakıda sabah hava yağmursuz olacaq

15522

Martın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Martın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin akin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 23-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO