Azərbaycan Gürcüstana 21 402 ədəd dərslik GÖNDƏRDİ

Azərbaycan Gürcüstana 21 402 ədəd dərslik GÖNDƏRDİ

Hazırda oxunan: Azərbaycan Gürcüstana 21 402 ədəd dərslik GÖNDƏRDİ

155195

Sentyabrın 13-də Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 18 adda 21 402 ədəd dərslik göndərilib.

Bizim.Media xəbər verir ki, sözügedən dərs vəsaitləri Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, “Ana dili” və “Ədəbiyyat” dərsliklərinin mübadiləsi 15 dekabr 2022-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan – Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın IX iclasında qəbul olunmuş protokola və 21 fevral 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO