Bayram günləri vaksinasiya işləri DAYANDIRILMAYIB 

Bayram günləri vaksinasiya işləri DAYANDIRILMAYIB 

Hazırda oxunan: Bayram günləri vaksinasiya işləri DAYANDIRILMAYIB 

15514

Xəbər vediyimiz kimi Novruz bayramı ilə bağlı koronavirusa qarşı aparılan vaksinləmə prossesinin dayandırıldığı ilə bağlı sosial şəbəkələrdə fikirlər dolaşırdı.

Nə TƏBİB, nə də ki Səhiyyə Nazirliyi sosial mediada gəzən fikirlərlə bağlı doğru-dürüst açıqlama vermədi. Həmişə olduğu kimi hər iki qurum bir-birinin üzərinə atdı.

Məcburən İcbari Sığorta Agentliyi ilə əlaqə saxladıq. Bu qurum da bayram günlərində vaksinasiyanın olub-olmaması ilə bağlı dəqiq məlumat söyləmədi.

Bizim.Media olaraq vaksinasiya aparılan tibb müəssisələri ilə əlaqə saxlamalı olduq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 40 yaşlılara peyvənd vurulacaq - Bu gün başlanır


A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasının həkimi Kubra Cabbarova söylədi ki, bayram günlərində də koronavirus əleyhinə vaksinasiya işləri davam edir. Eyni zamanda bu gündən etibarən 40 yaşdan yuxarı olan vətəndaşların da peyvəndlənməsinə başlanılıb.

7 nömrəli Şəhər Poliklinikasının həkmi Şəlalə Səfərova isə söylədi ki, koronavirus əleyhinə 1-ci və 2-ci doz peyvəndləmə növbəyə uyğun şəkildə davam etdirilir. Lakin 2-ci dozu vurdurmağa gələn vətəndaşların 1-ci dozu almasından mütləq 28 gün keçməlidir.

26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Tərlan Bəbirov da bildirdi ki, peyvəndlənmənin aparılmasında heç bir məhdudiyyət yoxdur. Digər iş günlərində olduğu kimi, tətil zamanı da vaksinasiya işləri həyata keçirilir. Peyvəndlə bağlı da kifayət qədər ehtiyat var.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO