Qarabağdakı separatçılar arasında silahlı insident BAŞ VERDİ  

Qarabağdakı separatçılar arasında silahlı insident BAŞ VERDİ  

Hazırda oxunan: Qarabağdakı separatçılar arasında silahlı insident BAŞ VERDİ  

155118

Gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silahlı erməni separatçılar arasında toqquşma olub.

Bizim.Media erməni teleqram kanallarına istinadla xəbər verir ki, silahlı insident sabiq Ağdərə rayonunun mərkəzində yaşanıb.

Belə ki, erməni separatçılarının "10-cu Müdafiə Xətti" adlandırdıqları və qərargahı Təpəkənddə yerləşən "Yexnikner" ("Marallar") dəstəsinin komandiri Karen Calavyanın müavini Aram Serobyana 2 atəş açılıb.  

A.Serobyanın vəziyyətinin ağır olduğu bildirilir. Atışmada A.Serobyanın sürücüsü və hücum edən şəxslərdən iki nəfər ağır yaralanıb.

İlkin məlumatlara görə, hücum edənlərin Əsgəran yaxınlığındakı silahlı dəstənin mənsubları olduğu bildirilir. Həmin dəstə Xankəndindəki xuntanın yeni rəhbəri Samvel Şahramanyanı dəstəkləyirlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO