Göyçay çayında daşma təhlükəsi yaranıb - FOTO 

Göyçay çayında daşma təhlükəsi yaranıb - FOTO 

Hazırda oxunan: Göyçay çayında daşma təhlükəsi yaranıb - FOTO 

155060

Göyçay çayında sululuq artıb, daşma təhlükəsi yaranıb. 

Bizim.Media xəbər verir ki, Göyçay və ətraf rayonlara yağan leysan yağışları nəticəsində çayda suyun səviyyəsi səhər saatlarından kəskin artıb. 

Göyçay çayının Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində kənd istiqamətində sızmalar baş verib.

Əraziyə cəlb olunan Ucar Rayon Suvarma Sistemləri İdarəsinin texnikalarının köməkliyi ilə təhlükə aradan qaldırılıb. Su çayın bəndini kənd istiqamətində yarsa Qazyan və Lək kəndlərinin su altında qalma riski vardı. 
Hazırda Göyçay çayında suyun səviyyəsi nisbətən enib. Buna baxmayaraq hələ də çayın sızmalar nəticəsində bəndin uçma təhlükəsi olduğundan müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülür. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO