Qəzada həlak olan hərbi qulluqçulardan XƏBƏR VAR - YENİLƏNİB

Qəzada həlak olan hərbi qulluqçulardan XƏBƏR VAR - YENİLƏNİB

Hazırda oxunan: Qəzada həlak olan hərbi qulluqçulardan XƏBƏR VAR - YENİLƏNİB

155058

Xəbər verdiyimiz kimi bu gün axşam saatlarında çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.  

Bizim.Media-nın məlumatına görə, şəhid olan hərbi qulluqçu Əliyev Taleh Saleh oğlu Zərdab rayonunun Gödəkqobu kəndindəndir.

*** 22:03

Bu gün çətin relyefli dağlıq ərazidə hərbi avtomobilin aşması nəticədində həlak olan 3 hərbçidən ikisinin doğulduqları bölgə məlum olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə,18 yaşlı Nihad Kamrəddin oğlu Namazov 2022-ci il iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən hərbi xidmətə yollanıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi avtomobilin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub - MN 


Digər hərbçimiz Elgün Elşad oğlu Həsənov isə 2004-cü ildə Lənkəranın Liman şəhərində doğulub və əsgəri borcunu verməyə də Lənkərandan gedib. 

Aytəkin Alxaslı, Bizim.Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO