Şəkidə 960 yerlik məktəb istifadəyə verilib - FOTO 

Şəkidə 960 yerlik məktəb istifadəyə verilib - FOTO 

Hazırda oxunan: Şəkidə 960 yerlik məktəb istifadəyə verilib - FOTO 

155052

Şəki şəhəri 7 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki – Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri və qazilər, həmçinin məktəb kollektivi iştirak edib.  

Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, məktəbli və valideynləri təbrik edərək, onlara uğurlar arzulayıb. İdris İsayev son illər ölkəmizdə çoxlu sayda məktəb binasının tikildiyini və əsaslı təmir olunduğunu vurğulayıb.  

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.  

Bildirilib ki, yenidən tikilmiş məktəb 960 şagird yerlikdir. Məktəbdə 40 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.  
Qeyd edilib ki, yeni tədris ilində məktəbdə 883 şagird, həmçinin 3 məktəbəhazırlıq qrupunda 67 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 120 müəllim məşğul olacaq.  










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO