Şəhid leytenant Erkin Hüseynovun il dönümüdür - FOTO 

Şəhid leytenant Erkin Hüseynovun il dönümüdür - FOTO 

Hazırda oxunan: Şəhid leytenant Erkin Hüseynovun il dönümüdür - FOTO 

155043

Ötən il 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alan zaman şəhid olan leytenant Erkin Hüseynovun bu gün il il mərasimidir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Müşfiq Cəfərov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.  

Niyazi Bayramov şəhid Erkin Hüseynovun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.  

Qeyd edək ki, şəhid Erkin Ədalət oğlu Hüseynov 1998-ci ildə oktyabrın 12-də Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib. O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.  










Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO