ADA və “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramına START VERİLDİ – FOTO

ADA və “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramına START VERİLDİ – FOTO

Hazırda oxunan: ADA və “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramına START VERİLDİ – FOTO

154975

ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramına start verilib.

Bizim.Media xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Naxçıvan” Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov ADA Universitetində mübadilə proqramına cəlb olunub.  
 

MÖVZU İLƏ BAĞLI:

ADA ilə “Naxçıvan” Universiteti arasında müqavilə İMZALANDI - FOTOLAR


Bununla əlaqədar olaraq “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli də ADA Universitetini ziyarət edib. 

Tələbə Oğuz Məmmədov ADA Universitetinin bütün resursları ilə (o cümlədən, yaşayış yeri, kitabxana, tədris mərkəzləri və s.) təmin edilib.  

Məlumat üçün bildirək ki, ADA Universiteti ölkə daxilində ilk dəfədir ki, yerli universitetlə tələbə mübadiləsi proqramı çərçivəsində əməkdaşlıq edir. Bu məqsədlə “Naxçıvan” Universitetinin seçilməsi ADA-nın Muxtar Respublikada təhsilin inkişafına verdiyi dəstəyin təzahürüdür.
Xatırladaq ki, “Naxçıvan” və ADA Universitetləri arasında əməkdaşlıq müqaviləsi 2 sentyabr 2023-cü il tarixində imzalanıb. İmzalanma mərasimində ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Beynəlxalq Əlaqələr və Strateji İnkişaf üzrə prorektor Rza Məmmədov və digərləri iştirak ediblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO