Şabranda yas mərasimlərində israfçılığa yol vermək QADAĞAN OLUNDU 

Şabranda yas mərasimlərində israfçılığa yol vermək QADAĞAN OLUNDU 

Hazırda oxunan: Şabranda yas mərasimlərində israfçılığa yol vermək QADAĞAN OLUNDU 

154969

"Şabran rayonunun Gəndab kəndində 6 aya yaxındır ki, kənd ağsaqqallarının təklifinə ciddi əməl edilir. Belə ki, yas mərasimlərində borc-xərc bahasına israfçılığa yol verməmək barədə yaşlı insanlar camaatı bir yerə yığıb məsləhət veriblər. Artıq bu qeyri-rəsmi qadağaya hamı əməl edir. Yası düşən varlı və ya kasıb ailə ölüsünə çay, halva və xurma verməklə 3 və 40 mərasimi keçirir". 

Bu sözləri Bizim.Media-ya Şabran rayonunun Gəndab kəndindən olan, Bakı şəhərində yaşayan Rəşad Heydərov məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tək Naxçıvanda yox, bütün ölkədə yas israfçılığına QADAĞA QOYULMALIDIR – TƏKLİF 


Onun sözlərinə görə, bu barədə rəsmi qərar çıxarılmasa da, ağsaqqalların bu təklifi artıq qüvvəyə minib: 

“Bu qərar kasıb təbəqə üçün daha sərfəlidir. Camaatdan ayıbdır deyib, borc-xərc alıb ölüsünə dəbdəbəli süfrə açan yoxsul insanlar da bu təklifi çox bəyəniblər” - deyə Rəşad Heydərov vurğulayıb. 

Qeyd edək ki, Şərur rayonunun Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsinə qadağa qoyulub. Bu qərar kənd ağsaqqallarının ümumi razılığı ilə verilib. Mahmudkənd camaatının bu nəcib təşəbbüsü ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb və təqdir edilib. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO