Zaqatalada qanvermə aksiyası KEÇİRİLDİ - FOTO 

Zaqatalada qanvermə aksiyası KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Zaqatalada qanvermə aksiyası KEÇİRİLDİ - FOTO 

154942

Zaqatalada qanvermə aksiyası keçirilib. Səhər saatlarından başlayan və gün ərzində davam edən bu humanitar tədbirdə 122 nəfərdən qan görütülüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalada talassemiya və müxtəlif qan çatışmazlığından əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaq məqsədi ilə qanvermə aksiyası təşkil edilib. 

Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyanın təşkilatçısı Səhiyyə Nazirliyinin nəzdindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzi olub. Mərkəzi Xəstəxanadan verilən məlumata əsasən, gün ərzində davam edən aksiyada müxtəlif qan qruplarına aid 122 nəfərdən qan götürülüb.
Qanvermə aksiyasında rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, könüllülər iştirak edib. Aksiyada diqqəti cəlb edən məqamlardan biri də Mərkəzi Xəstəxanada çalışan həkim və orta tibb işçilərinin də fəal iştirakı olub. 






Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO