Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur - FOTO 

Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur - FOTO 

Hazırda oxunan: Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur - FOTO 

154902

Sentyabrın 7-də Balakəndə dolu nəticəsində ziyan dəyən evlər bərpa olunur. 

Bizim.Media report-a istinadən xəbər verir ki, baş verən qasırğa nəticəsində şəhər ərazisində 40 ailənin yaşadığı beşmərtəbəli binanın dam örtüyü tamamilə uçub, Katex kəndinin "Kombinat" adlanan ərazisində isə iri dənəli dolu 117 fərdi yaşayış evinin və 1 məscid binasının dam örtüyünə və yardımçı tikililərə, habelə ev əşyalarına zərər vurub. 

Baş verən hadisə ilə bağlı Nazirlər Kabinetinə və FHN-ə bildirilib, rayon icra hakimiyyəti, fövqəladə hallar komissiyası və FHN-nin aidiyyəti mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilib. 

Belə ki, 40 ailənin yaşadığı beşmərtəbəli yaşayış binasının dam örtüyü üç gün müddətində bərpa edilib.

Bələdiyyə tərəfindən tam ciddi ziyan çəkən 21 ailəyə 1 040 ədəd azbes şifer paylanıb, icra hakimiyyəti tərəfindən 102 ailəyə 150 manat olmaqla yardımın edilməsi nəzərdə tutulub. 
Bundan başqa, FHN tərəfindən Katex kəndində evlərin dam örtüyü üçün dəmir metal vərəqələrin paylanılması təmin olunub. İcra hakimiyyətindən əlavə olaraq bildirilib ki, növbəti günlərdə də bu proses mərhələli şəkildə davam edəcək.








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO