Gəncədə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirildi - FOTO 

Gəncədə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirildi - FOTO 

Hazırda oxunan: Gəncədə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirildi - FOTO 

154884

“2022-2023-cü tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2961 şagird məzun olub. Bunlardan 1497 nəfəri respublikanın, 133 nəfəri isə xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. Qəbul olan məzunların 181 nəfəri 500-dən, 54 nəfəri 600-dən və hazırda görüşdə iştirak edən 8 nəfəri isə 650-dən yüksək bal toplayıblar”.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu fikirləri Gəncədə ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş zamanı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev söyləyib.  

Onun sözlərinə görə, fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları bu tədris ilində yüksək nailiyyətlər əldə edib.  

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, DİM Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və məzunların təhsil aldıqları ümumtəhsil məktəblərin direktorları iştirak ediblər.  

Niyazi Bayramov çıxışında ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan bəhs edib və bu sahənin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.  

Şəhər rəhbəri yüksək bal toplamış, ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edib.  

Öz növbələrində çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.  

Daha sonra məzunlara hədiyyələr təqdim olunub. Gəncə şəhərində təhsilin inkişafına göstərdikləri xidmətlərə görə yüksək bal toplamış məzunların təhsil aldıqları orta məktəb direktorları "Təşəkkürnamə" ilə təltif ediliblər.  
Sonda xatirə şəkli çəkdirilib.  
















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO