Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakının Xəzər rayonu ərazisində hərbi sursatın aşkarlanması barədə məlumat açıqlayıb.
Bu barədə Bizim.Media-ya Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qəbiristanlıqdan tapança və qumbara TAPILDI – FOTO/VİDEO
Məlumata görə, sentyabrın 11-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən gizlətdiyi bir ədəd RQN markalı əl qumbarası, bir ədəd UDZ partladıcısı və bir ədəd tapança Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindəki qəbiristanlıq ərazisində aşkar edilərək götürülüb:
“Əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilib”.
Bizim.Media