Dairəvi xətt üzrə qatarların hərəkət cədvəlləri DƏYİŞDİRİLİR 

Dairəvi xətt üzrə qatarların hərəkət cədvəlləri DƏYİŞDİRİLİR 

Hazırda oxunan: Dairəvi xətt üzrə qatarların hərəkət cədvəlləri DƏYİŞDİRİLİR 

154798

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Sumqayıtdan saat 07:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin sentyabrın 15-dən etibarən bərpasına qərar verib. 

Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib. 

Məlumata görə, sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilib. 

Yeni qrafikə əsasən Sumqayıtdan saat 06:35-də, Bakıdan isə saat 07:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 08:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 07:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 08:42-də çatan qatarın hərəkəti bərpa edilir. 

Ləğv edilən reyslərlə bağlı bildirilir ki, Sumqayıtdan saat 06:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq Sumqayıtdan saat 06:20 və 06:45-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər. 
Bakıdan saat 07:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq Bakıdan saat 07:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO