Sentyabrın 15-dən metro ilə gündəlik 750 min sərnişin DAŞINACAQ 

Sentyabrın 15-dən metro ilə gündəlik 750 min sərnişin DAŞINACAQ 

Hazırda oxunan: Sentyabrın 15-dən metro ilə gündəlik 750 min sərnişin DAŞINACAQ 

154780

“Bakı metrosu ilə avqust ayında sərnişin daşınması gündəlik ortalama 461 min olduğu halda sentyabrın 11 günündə 513 min nəfər olub”. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu, təxminən 52 min nəfər artım deməkdir: "Sentyabrın 15-dən sonra isə bu rəqəmin 750 minə yaxın olacağı gözlənilir". 

Qeyd edək ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyənləşdirilib.

Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək.

Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. 

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO