Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbələr yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Yeni yaradılan şöbələr bunlardır:
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsi
AMEA-nın Qafqazşünaslıq İnstitutunda daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsi
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində İnformasiya şöbəsinin və Veb sayt qrupunun bazasında Elektron xidmətlər şöbəsi
AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Beynəlxalq əlaqələr şöbəsinin və Elektron xidmətlər şöbəsi
AMEA-nın Gəncə Bölməsində İnformasiya texnologiyaları şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsi
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elmi-texniki informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsi
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsi
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsi
AMEA-nın “Elm” Nəşriyyatında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 12.09.2023
AMEA-da yeni şöbələr yaradıldı - ADLAR
Hazırda oxunan: AMEA-da yeni şöbələr yaradıldı - ADLAR
Hazırda oxunan: AMEA-da yeni şöbələr yaradıldı - ADLAR
154762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.