İki çaydan sel keçir - FAKTİKİ HAVA 

İki çaydan sel keçir - FAKTİKİ HAVA 

Hazırda oxunan: İki çaydan sel keçir - FAKTİKİ HAVA 

154752

Faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, senytabrın 12-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Düşən yağıntının miqdarı Astarada 56 mm, Lənkəranda 43 mm, Beyləqanda 24 mm, Sabirabad, Biləsuvarda 20 mm, İmişli, Cəfərxanda 19 mm, Tərtərdə 17 mm, Zərdab, Ağdam, Şəkidə 14 mm, Qəbələ, Lerikdə 10 mm, Oğuz, Qobustan, Kürdəmirdə 9 mm, Mingəçevir, Altıağac, Şahdağda 8 mm, Yardımlı, Xaltan, Qrız, İsmayıllı, Qax (Sarıbaş), Naftalan, Neftçala, Göyçay, Yevlax, Ordubad, Sədərək, Şirvan, Daşkəsən, Naxçıvan, Göygöl, Quba, Ceyrançöl, Tovuz, Bərdə, Balakən, Şahbuz, Gədəbəy, Gəncə, Qusarda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub. 

Sentyabrın 11-də saat 16:50 radələrində Astara rayonu ərazisindən keçən Təngərüdçaydan sel keçib. 12-də isə saat 8:00 radələrində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan sel keçir. 

Gəncə, Daşkəsən, Naftalan, Şəki, Balakən, Qaxda duman müşahidə olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO