“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli xəstəxanadan evə buraxılıb.
Bizim.Media “teleqraf.com”a istinadən xəbər verir ki, bu barədə bloqerin atası, nevropatoloq Nafiz Mütəllimov məlumat verib.
“Oğlum dünən xəstəxanadan evə buraxılıb. Bir az qolunda ağrı var. Əvvəlkinə nisbətən səhhəti yaxşıdır”, - o deyib.
Xatırladaq ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 11.09.2023
“Nikosayağı” xəstəxanadan evə BURAXILDI
Hazırda oxunan: “Nikosayağı” xəstəxanadan evə BURAXILDI
Hazırda oxunan: “Nikosayağı” xəstəxanadan evə BURAXILDI
154670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.