Lənkəranda polisə xəsarət yetirmək istəyən narkokuryerlər SAXLANILDI 

Lənkəranda polisə xəsarət yetirmək istəyən narkokuryerlər SAXLANILDI 

Hazırda oxunan: Lənkəranda polisə xəsarət yetirmək istəyən narkokuryerlər SAXLANILDI 

154590

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Ömərov Əhməd Kamran oğlunun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.

Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və bu yolla hadisə  yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı polis əməkdaşları tərəfindən alınaraq onların saxlanılması təmin edilib.   
Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı "əmi" adı ilə tanıdıqları şəxsin vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.  

Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO