Sentyabrın 10-da saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək axşam saatlarından bölgələrdə tədricən 7-12 m/s-dək zəifləyib.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti arabir 26-30 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,5 metr olub.
Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarında arabir leysan xarakterli yağış yağıb. Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti, Aran rayonlarında 23-25, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edir.
Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında sentyabrın 11-i səhərədək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:34 / 10.09.2023
Bakıda küləkli hava sabahadək davam edəcək
Hazırda oxunan: Bakıda küləkli hava sabahadək davam edəcək
Hazırda oxunan: Bakıda küləkli hava sabahadək davam edəcək
154547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.