Hərbi təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - FOTO

Hərbi təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - FOTO

Hazırda oxunan: Hərbi təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - FOTO

154522

Sentyabrın 10-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib. Mərasimlərdə Milli Müdafiə Universitetinin, Hərbi İnstitutun, Hərbi Tibb Fakültəsinin rəhbərliyi və şəxsi heyəti, Müdafiə Nazirliyinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri, hərbi qulluqçular, müəllimlər, valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, buraxılış mərasimlərində əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Təntənəli mərasimlərdə çıxış edənlər kursantları və onların valideynlərini əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib, gələcəyin hərbi qulluqçularına Azərbaycan xalqına layiqli övlad, Vətənə, xalqa və Hərbi anda sadiq olmağı arzulayıb, nizam-intizamla xidmət etməyi tövsiyə ediblər.

Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib, hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Sonda valideynlər hərbi təhsil müəssisələrində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO