Hospital yaralı hərbçini götürmədi – Səbəb nədir? - AÇIQLAMA

Hospital yaralı hərbçini götürmədi – Səbəb nədir? - AÇIQLAMA

Hazırda oxunan: Hospital yaralı hərbçini götürmədi – Səbəb nədir? - AÇIQLAMA

15440

Şəmkir rayonu Qapanlı kəndindən olan ağır yaralı Arzu Könül oğlu Əliyev Bakıda Hərbi Hospitalda geri qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə sabiq deputat Gülər Əhmədova özünün “Facebook” səhifəsində məlumat verib. Məsələni sərt tənqid edən Gülər Əhmədova yaralı hərbçimizə olan münasibətdən şikayətlənib:
 

MÖVZU İLƏ BAĞLI:

Bayram günü hospitalda qaziləri kimlər yad etdi? - FOTO


“İnanılası deyil... Şəmkir rayonu Qapanlı kəndindən olan ağır yaralı Əliyev Arzu Könül oğluna Bakıda Hərbi Hospitalda deyiblər ki, bayram vaxtı hospitalda heç kim qayıt get, bayramdan sonra gələrsən".

"Uzun yolu şiddətli baş ağrıları ilə Bakıya gətirilən qaziyə belə münasibət göstərmək olarmı? Olmaz! Hospitalda növbətçi həkim, tibb bacısı yoxdurmu? Bilmirəm....”, deyə sabiq deputat gileylənib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verən olmayıb.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb bacısı Bizim.Media-ya açıqlamasında qeyd olunan yaralı hərbçinin onlara müraciət etmədiyini deyib:

“Bizə belə bir xəstə müraciət etməyib. Xüsusilə yaralıdırsa, qəbul olunmalı və yaxud müayinə olunmalıdır. Belə bir şey ola bilməz. Mən elə xəstə görməmişəm. Bəlkə onlar mülki sayılır

Mülkü sayılırsa, onlar 1 saylı Klinik Tibbi Mərkəzə müraciət etməlidirlər” deyə tibb bacısı əlavə edib.

Kliniki Tibbi Mərkəzdən isə sorğumuza cavab verən olmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO