Şəkidə 45 yaşlı kişi atdan yıxılıb ÖLDÜ 

Şəkidə 45 yaşlı kişi atdan yıxılıb ÖLDÜ 

Hazırda oxunan: Şəkidə 45 yaşlı kişi atdan yıxılıb ÖLDÜ 

154375

Ötən həftə atdan yıxılan Şəki sakini vəfat edib. Hadisə rayonun Daşüz kəndində baş verib.

Bizim.Media-nın yerli bürosuna Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib ki, bir həftə əvvəl Daşüz kənd sakini, 45 yaşlı Müşfiq Şabanov kəllə-beyin travması ilə xəstəxanaya daxil olub.

İlkin araşdırmalarla Müşfiq Şabanovun atdan yıxılaraq xəsarət aldığı məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən rayon sakininə ötən müddətdə bütün tibbi müdaxilələr edilib, müayinə və müalicəsi aparılıb. Lakin o, xəstəxanada keçinib. Hadisənin təfərrüatları rayon prokurorluğunda araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO