Bu Novruzu Şuşayla qürurlandıq, Qarabağla bütövləndik!

Bu Novruzu Şuşayla qürurlandıq, Qarabağla bütövləndik!

Hazırda oxunan: Bu Novruzu Şuşayla qürurlandıq, Qarabağla bütövləndik!

15435

30 ilə yaxın söylədik bunu, “inşa Allah gələn Novruzu Şuşada...”

Dilimiz qabar, könlümüz qübar olmuşdu.

İndi Cənab Ali Baş Komandanın əlində Novruz məşəli Cıdır düzündə görəndə, qübar ürəyimizdən qürur sevinci, qabar dilimizdən “Halal olsun Sizə, Cənab Prezident!” nidaları səsləndi!

Axır ki, arındıq həmrəyliyimizdə, durulduq Şəhid qanı ilə! Biz bu tarixi düz, 250 il sonra yenidən yazdıq!

Zəfərli Novruz, təpərli Novruz!

Bu da Novruz bayramı... Qələbə abu - havalı, Xarıbülbüllü Novruzumuz.

Bu il Novruzu Şuşayla bir keçiririk. 30 ildən sonra Azərbaycanın sönən ocağı Şuşada alovlandı.

Bu alovla narahat, nigarançılıqla işğalda olan torpaqlarımızda didərgin düşən şəhid ruhları da sevindi. İndi onların ruhları azad göylərdə dövrə vuracaqlar. 

Sən bizim elimizə xoş gəldin, Novruz. Bu il bir başqa gözəlsən Bahar. Havada azadlıq, dirçəliş qoxusu var.

Bu il biz Novruzu illərlə düşmən tapdağı altında əzilib, miskinləşən torpaqlarımıza qaytardıq.

Biz qayıtdıq, Novruz! Biz Şuşamıza, Ağdamımıza, Fizulimizə, Kəlbəcərimizə, Laçınımıza, Qubadlımıza, Zəngilanımıza, Cəbrayılımıza - Qarabağımıza qayıtdıq. 

Yenə köhnə novruzlarımıza qayıdacağıq...

Biz quracağıq, Novruz, Biz yaradacağıq, Novruz.

Yenə Cıdır düzündə at yarışdıracağıq, yenə evlərdə ocaqlar qaynayacaq. Qız- gəlinlərimiz bulaqdan su gətirəcək. Ağbirçəklərimiz nəvələrini başına yığıb bardaş quracaq, həyətlərdə bayram tonqalı alovlanacaq.

Novruz, Biz geri döndük. Biz qoca çinarlara, Biz qarlı dağlarımıza, Biz qanımız ilə yoğurduğumuz Ana Vətənimizə geri döndük.

Novruz, Biz azadıq...

Novruz, Biz şəhidik, Biz əsgərik, Biz Vətənik.

Daha heç yerdə Qarabağın adını pıçıltı ilə deyib, ürəyimizin başına daş basmayacağıq.

Bir səslə, ürəklə, hayqıraraq deyəcəyik: - QARABAĞ AZƏRBAYCANDIR! 

XOŞ GƏLDİN NOVRUZ, QARABAĞLI AZƏRBAYCANA!

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO