Xankəndi sakini:

Xankəndi sakini: "Bizi 1990-cı ildə oradan zorla çıxarıblar" - FOTO 

Hazırda oxunan: Xankəndi sakini: "Bizi 1990-cı ildə oradan zorla çıxarıblar" - FOTO 

154341

"Xankəndidə azərbaycanlılar daima yaşayıblar, 1990-cı ildə bizi oradan zorla çıxarıblar. Oradakı ikimərtəbəli evimizin çıxarışını bu günə qədər saxlayıram". 

Bizim.Media xəbər verir ki, bunu report-a açıqlamasında Xankəndi şəhərinin Kərkicahan qəsəbəsindən olan məcburi köçkün, Birinci Qarabağ müharibəsi veteranı Mürvət Əliyev deyib. 

"1964-cü ildə Xankəndidə doğulmuşam, müharibəyə qədər orada yaşamışıq. Hərbi xidmətə oradan çağırılıb, oraya da qayıtmışam. 1988-ci il fevralın 13-də ermənilər ilk dəfə Xankəndiyə hücum edəndə biz müqavimət göstərdik. Ondan sonra qara günlərimiz başladı. Kərkicahanda 8 illik orta məktəbi, Xankəndidə isə Nizami Gəncəvi adına tam orta məktəbi bitirmişəm", - müharibə veteranı bildirib. 

O, evlərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qərargahı ilə üzbəüz yerləşdiyini, ermənilərin yuvalarını tankla məhv etdiyini vurğulayıb: 

"Bizim evdə üç kişi olub, üçümüz də müharibədə iştirak etmişik. Sonadək vuruşmuşuq, qaçmamışıq. 816 nömrəli hərbi hissənin döyüşçüsü olmuşam. Kərkicahanda özünümüdafiə dəstəsində komandir köməkçisi olmuşam. Sonra atam ermənilərin yerləşdirdiyi minaya düşüb, ayağını itirib. Bu gün də 60 yaşım olmasına baxmayaraq, Xankəndi uğrunda döyüşərəm, canımı da verərəm". 

M.Əliyev köçkün düşən zaman ailə vəziyyətlərindən də söz açıb: 

"1990-cı ildə ailəmizlə birlikdə Şuşaya köçməli olduq. Şuşa vurulandan sonra Ağdama gəlmişik, oradan Bərdəyə, Bərdədən Naftalana, Naftalandan Gəncəyə, Gəncədən də Bakıya gəlib çıxmışıq. O qədər əziyyətli, ağrılı günlər idi ki, Bakıya necə gəlib çıxdığımızı unutmuşam, güclə ailəmizi bir yerə toplaya bilmişik". 

Müsahibimiz Xankəndiyə qayıtmağı səbirsizliklə gözlədiklərini bildirib: 

"Şuşa alındıqdan sonra övladlarım oradan mənə torpaq gətirdi, həmin torpağı ata-anamın qəbrinin üstünə səpdim ki, ruhları dinclik tapsın. Xankəndidən torpağı gətirəcəyimiz günü gözləyirəm ki, ruhları bir daha şad olsun". 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO