Paytaxt da daxil olmaqla bir sıra şəhərlərdə sabah su kəsiləcək

Paytaxt da daxil olmaqla bir sıra şəhərlərdə sabah su kəsiləcək

Hazırda oxunan: Paytaxt da daxil olmaqla bir sıra şəhərlərdə sabah su kəsiləcək

154312

Ölkənin Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq. 

Bu barədə Bizim.Media-ya  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. 

Bildirilib ki, məhdudiyyətlərə səbəb son günlər regionlarda müşahidə olunan intensiv yağıntılarla əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işlərinin aparılmasıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO