Xaçmazda 43 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi BAŞLANDI 

Xaçmazda 43 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi BAŞLANDI 

Hazırda oxunan: Xaçmazda 43 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi BAŞLANDI 

154310

Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğunun məlumatında qeyd edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda 43 yaşlı qadın öldürülüb


Bildirilib ki, araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

Hazırda ibtidai istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO