“Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, məsləhətləşmə zonalarında başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında həm Energetika Nazirliyi, həm də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əvvəlcədən razılaşdırılmalıdır.
Əvvəllər bu razılıq yalnız Energetika Nazirliyi ilə aparılırdı.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:26 / 08.09.2023
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin səlahiyyətləri genişləndirilib
Hazırda oxunan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin səlahiyyətləri genişləndirilib
Hazırda oxunan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin səlahiyyətləri genişləndirilib
154298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.