Xaçmazda AĞIR QƏZA - Bir ölü, bir yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA - Bir ölü, bir yaralı var - FOTO

Hazırda oxunan: Xaçmazda AĞIR QƏZA - Bir ölü, bir yaralı var - FOTO

154226

Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun Xaçmazın Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Nərəcan kənd sakini, 27 yaşlı Azər Yadulla oğlu Ədilovun idarə etdiyi"Vaz-2107" markalı avtomobil Xaçmaz şəhər sakini, 43 yaşlı Bəşir Fərasət oğlu Əlixanovun idarə etdiyi "KAMAZ" markalı yük maşını ilə toqquşub.
Nəticədə yük maşınının sürücüsü xəsarət alıb, digər sürücü Azər Ədilov isə yerindəcə ölüb.

Qəzanın səbəbləri araşdırılır. 






Aytəkin Alxasçı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO