2022-2023-cü tədris ilinin nəticələrinə uyğun olaraq Quba-Xaçmaz regional elm və təhsil idarəsi üzrə ən yüksək nəticəni Şabran şəhərindəki Roman Yusifov adına 2 nömrəli texniki təmayüllü tam orta məktəb-liseyin şagirdi Nigar Əlməmmədova əldə edib.
Bu barədə Bizim.Media-ya Quba-Xaçmaz regional elm və təhsil idarəsindən məlumat verilib.
Belə ki, Nigar buraxılış və qəbul imtahanlarından 1-ci qrup üzrə ümumilikdə 664 bal toplayıb. Tələbə adını qazanan Nigarın seçimi isə Bakı Ali Neft Məktəbi olub.
Ümumiyyətlə, Quba-Xaçmaz regional elm və təhsil idarəsinin 4 rayonu üzrə 26 məzun 600 baldan yuxarı nəticə göstərib. Həmin məzunların 8 nəfəri Quba, 8 nəfəri Siyəzən, 5 nəfəri Şabran, 5 nəfəri Xaçmaz rayonunun ümumtəhsil məktəblərinin məzunlarıdır.
Qusar məktəblərindən isə bu il 600 bal toplayan olmayıb. Qusar şəhərindəki E.Güləliyev adına 2 saylı tam orta məktəbin şagirdi Leyla Verdixanova və Qusar şəhərindəki N.Məmmdəliyev adına 3 saylı orta məktəbin məzunu Aybəniz Rüstəmova buraxılış və qəbul imtahanlarında 599 bal toplayıb, onları 600-dən cəmi 1 bal ayırıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:20 / 08.09.2023
Şimal bölgəsinin yüksək nəticə göstərən ABİTURİYENTLƏRİ – FOTO
Hazırda oxunan: Şimal bölgəsinin yüksək nəticə göstərən ABİTURİYENTLƏRİ – FOTO
Hazırda oxunan: Şimal bölgəsinin yüksək nəticə göstərən ABİTURİYENTLƏRİ – FOTO
154185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.