Girdiman çayında GÜCLÜ SEL – Lahıc körpüsü DAĞILA BİLƏR – FOTO  

Girdiman çayında GÜCLÜ SEL – Lahıc körpüsü DAĞILA BİLƏR – FOTO  

Hazırda oxunan: Girdiman çayında GÜCLÜ SEL – Lahıc körpüsü DAĞILA BİLƏR – FOTO  

154130

Girdiman çayına güclü sel gəlib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,bu gün səhər saatlarında İsmayıllı rayonuna və dağlıq ərazilərə leysan yağıb.

Dağlardan gələn sel suları nəticəsində rayon ərazisindən keçən Girdiman, Göyçay və Cülyan çaylarında su həddindən çox artıb. İsmayıllı-Lahıc yolunun Girdiman çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb.



Hazırda sel axını davam edir, körpünün dayaqları zədələnir, insanlar körpünün dağılma təhlükəsi ilə üz-üzə qalmasından narahatdı.

Hazırda körpü üzərində avtomobillərin və piyadaların hərəkəti davam edir və kəndlərin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib. Bundan əlavə, sel səbəbindən İsmayıllı-Lahıc avtomobil yolu müvəqqəti olaraq bağlanıb.

Dağlardan gələn lil qatı və qaya parçaları yolu keçilməz vəziyyətə salıb. Həmçinin, bəzi yerlərdə asfalt qatı yuyulub. Hazırda yolun təmizlənməsi, həmçinin bərpası istiqamətində yol idarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanovun verdiyi məlumata görə, sel səbəbindən rayon ərazisində elektrik və rabitə dirəkləri, eləcə də naqillər qəzalı vəziyyətə düşüb.
Bu səbəbdən şəhər mərkəzi də daxil olmaqla, bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Səhər saatlarından etibarən fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi briqadalar cəlb edilib.


Artıq şəhər mərkəzində elektrik verilişi və rabitə əlaqəsi bərpa edilib, hazırda bu istiqamətdə kəndlərdə işlər davam edir.








Bizim.Media, Aran bürosu
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO