Mağazalar nağdsız ödənişdən niyə BOYUN QAÇIRIR?

Mağazalar nağdsız ödənişdən niyə BOYUN QAÇIRIR?

Hazırda oxunan: Mağazalar nağdsız ödənişdən niyə BOYUN QAÇIRIR?

154116

Uzun illərdir ki, nağdsız ödənişlərlə bağlı tədbirlər həyata keçirilsə də vəziyyət çox az dərəcədə dəyişib. Bu gün bölgələrdə nağdsız ödəniş sistemi bərbad vəziyyətdədir.

Bu problem Bakıda və digər mərkəzi şəhərlərdə də yox deyil. Məsələn, müştərinin alış-veriş və yaxud nahar edərkən ödənişi nağdsız etmək istəyi əksər hallarda qulaqardına vurulur. Bunun üçün də müxtəlif bəhanələr gətirilir. Çox vaxt deyirlər ki, post-terminal işləmir.
Müştəri təkid edəndə isə ona kiminsə bank hesabını və yaxud kart nömrəsini verirlər. Bu isə birbaşa hüquq pozuntusudur. Üstəlik, bu insanların heysiyyatına toxunmaqdır. Nəticədə, vətəndaş həm diskomfort yaşayır, həm də ƏDV-nin geri almaq hüququndan məhrum edilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov bunu birbaşa istehlakçıların hüquqlarının pozulması kimi dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Plastik kartlarla xaricə gedənlərin NƏZƏRİNƏ: Limit tətbiq OLUNACAQ  


“Eləcə də bu dövlətin qanunlarına qarşı çıxmaqdır. Şübhəsiz ki, burda məqsəd vergidən yayınmaq və gizli gəlir əldə etməkdir. Çox təəssüf ki, Vergi Xidməti buna prinsipial yanaşmır. Bu problem təkcə restoran və kafelərdə deyil, iri ticarət mərkəzlərində də var.

Məsələn, Sədərək ticarət mərkəzində uzun illərdir ki, kassa çeki problemə çevrilib. Uzun illərdir ki, biz bunu deyirik. Orada bütün əməliyyatlar nağd aparılır. Çek tələb edəndə də müxtəlif bəhanələr gətirilir”.

Eyyub Hüseynov onu da qeyd edib ki, istehlakçının ödəniş formasını seçmək hüququ var:

“İstəsə nəğd, istəsə nəğdsiz ödəniş edə bilər. Baxmayaraq ki, hökumətimiz də uzun illərdir ki, nəğdsiz ödənişi təşviq edir.

Çox təəssüf ki, bütün görülən tədbirlərə rəğmən sahibkarlıq subyektləri nəinki qanunu pozur, üstəlik istehlakçıların əsəbləri ilə oynayırlar.

Bütün hallarda haqsızlıqla üzləşən istehlakçılara 195 qaynar xəttinə müraciət etmələrini tövsiyə edirəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO