Sentyabrın 15-dən marşrut xətlərinə əlavə AVTOBUSLAR BURAXILACAQ – RƏSMİ 

Sentyabrın 15-dən marşrut xətlərinə əlavə AVTOBUSLAR BURAXILACAQ – RƏSMİ 

Hazırda oxunan: Sentyabrın 15-dən marşrut xətlərinə əlavə AVTOBUSLAR BURAXILACAQ – RƏSMİ 

154113

Bakıda illərdir həllini tapmayan problemlərdən biri, avtobusların gecikməsi məsələsi yeni dərs ili ərəfəsində yenidən gündəmə gəlib. Bununla bağlı dəfələrlə müzakirələr aparılsa da, qaldırılan məsələlərin həllini tapmadığı açıq-aşkar ortadadır.Zəruri tədbir kimi yeni avtobusların xəttə buraxılacağı vəd edilsə də, real mənzərə dəyişmir.

Əgər hər dəfə xəttə əlavə avtobuslar buraxılırsa, niyə sıxlıq hələ də davam edir?

Nəzərə alsaq ki, dərs ilinin başlanmasına azsaylı günlər qalıb və rayonlardan böyük tələbə axını gözlənilir, problemin vacibliyi daha da ön plana çıxır.

Bəs, ictimai nəqliyyatdakı sıxlığın əsl səbəbi nədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında ictimai nəqliyyatda gecikmələri tıxaclara deyil, xəttə az sayda avtobus buraxılması ilə əlaqələndirib: “Hələ yay mövsümünün davam etməsi və şəhərdə insanların az olmasına baxmayaraq, ictimai nəqliyyatda yenə də gecikmələr davam edir.
 


MÖVZU İLƏ BAĞLI:

Bakının bir sıra marşrutları müsabiqəyə çıxarılır


Bunun isbat etməyə ehtiyac yoxdur, illərdir bu problem həll olunmur. Məsələn, məsafəsi təxminən 40 km olan marşruta cəmi 10 avtobus buraxılır. Halbuki, bu say ən azı 30 olmalıdır. Beləcə, intervallar 5-6 dəqiqə olacaq.

Yeni mövsümdən də, görünür, yaydakı kimi vaxt intervalı qısa olmayacaq” Ekspertin sözlərinə görə, marşruta yeni avtobuslar buraxılmayana qədər problem davam edəcək.

Hazırki vəziyyətdə problemin həlli üçün müvafiq qurumlar özəl daşıyıcılar qarşısında tələb qoymalıdır:

“Nəticədə məsafəyə görə avtobusların sayı təyin edilməlidir. Bu marşrutda avtobus sayını artıra bilməyən özəl daşıyıcılar ictimai nəqliyyatdakı fəaliyyətdən uzaqlaşdırılmalıdır. Əvəzində isə yeni daşıyıcı şirkətlər dəvət oluna bilər”.

Hansı tədbirlərin görülməsi planlaşdırılır?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslararası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması tapşırılıb:

“Yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir.
Bu çərçivədə müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırılması ilə bağlı bir sıra tapşırıqlar verilib.

Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb”.

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO