Senyabrın 1-də Bakı-Quba yolunun 101-ci kilometrliyində, magistralın Siyəzən şəhərindən keçən hissəsində baş verən qəzada yaralanan Kifayət Ələmdar qızı Əmirova Sumqayıt şəhər xəstəxanasında keçinib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum avtomobilin sürücüsü Elnur Əmirovun anasıdır.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə qəzaya düşən ailə Bakıya məktəbli forması almağa GEDİRMİŞ
Qeyd edək ki, baş verən qəzada “VAZ-2107” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində sürücü, 37 yaşlı Elnur və 4 yaşlı oğlu Samir Əmirovlar ölmüş, 7 nəfər isə yaralanmışdı.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu