Bakı Zəngəzurla bağlı “B” planını AKTİVLƏŞDİRİR? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

Bakı Zəngəzurla bağlı “B” planını AKTİVLƏŞDİRİR? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

Hazırda oxunan: Bakı Zəngəzurla bağlı “B” planını AKTİVLƏŞDİRİR? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

154082

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri zamanı Zəngəzur dəhlizi məsələsinə toxunarkən bildirib ki, Bakının həmin dəhlizlə bağlı "B" planı var.

Nazir dəhlizin 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaların tərkib hissəsi olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI :

Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının "B" planı var - Ceyhun Bayramov 


"2020-ci ilin noyabr və 2021-ci ilin yanvar üçtərəfli bəyanatları əsasında üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrup yaradılıb. Üç ilə yaxındır ki, işlər gedir".

Bayramovun sözlərinə görə, yekun anda Ermənistan birdən-birə yeni nəsə ortaya qoyur ki, bu da prosesi yenidən dalana aparır: "Azərbaycan "B" planına malik olmaqla bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Layihə hətta Ermənistanın iştirakı olmadan da həyata keçiriləcək, lakin bu halda o, sadəcə olaraq benefisiarlar siyahısından kənarda qalacaq".
Görəsən, Azərbaycanın Zəngəzur dəhlizilə bağlı “B” planı nədən ibarətdir?

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, “B” planı dedikdə, burada söhbət kommunikasiyalardan gedir:

“Bilirik ki, bu istiqamətdə kommunikasiyaların bir hissəsi artıq Gürcüstan vasitəsilə həyata keçirilir. Bir hissəsi də İran vasitəsilə. Tehranla Bakı arasında hətta bir sıra razılaşmalar əldə olunub.

Ona əsasən Araz çayı üzərində avtomobil yolu üçün əlavə iki körpü tikiləcək. Bu baxımdan da Zəngəzur dəhlizi olmadıqda belə, kommunikasiyalar üçün imkanlar mövcuddur. Ona görə də bu məsələdə Azərbaycan üçün heç bir problem olmayacaq.
Ermənistan isə belədə yenidən regionda həyata keçirilən proseslərdən kənar qalacaq. İrəvan bununla həm də konfrontasiya yolunu seçdiyini ortaya qoyur. Ermənistan demək olar ki, Azərbaycanın təşəbbüsü ilə olan sülh prosesindən imtina edir”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO