Kəlbəcərə əhalinin köçürülməsi 2024-cü ildən başlanılacaq

Kəlbəcərə əhalinin köçürülməsi 2024-cü ildən başlanılacaq

Hazırda oxunan: Kəlbəcərə əhalinin köçürülməsi 2024-cü ildən başlanılacaq

154050

Kəlbəcər şəhərinə bütövlükdə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 534 nəfər əhalinin köçürülməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 450 evin (1 927 fərdi yaşayış evinin və 1 523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
"İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə - 1 115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə - 1 610 evin inşası həyata keçiriləcək", - N. Hümmətov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO