"Bu gün biz tələb etməliyik ki, Qarabağda yaradılan qondarma qurum özü özünü buraxması haqda bəyanat verməlidir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, sülhə mane olan əsas məsələlərdən biri Qarabağda olan separatçıların və terrorçuların bu qondarma qurumu saxlamaqda iddialı görünmələridir:
"Bir gün dırnaqarası dövlət naziri təyin edirlər, "parlament sədri" seçirlər. Bu oyunlar qurtarmalıdır. Yəni ermənilər üzr istəyirlərsə, dərhal bəyan etməlidirlər ki, bu qondarma qurum artıq özünü buraxır".
Bizim.Media