“Məktəbli forması hər il problem olur, qurumlar isə həll etmək istəmir” – Razi Nurullayev 

“Məktəbli forması hər il problem olur, qurumlar isə həll etmək istəmir” – Razi Nurullayev 

Hazırda oxunan: “Məktəbli forması hər il problem olur, qurumlar isə həll etmək istəmir” – Razi Nurullayev 

153901

Bilik Günü yaxınlaşdıqca valideynlərin də qayğıları artır. Bu qayğılarınsa, ən böyüyü vahid məktəbli formasıdır. Bu ildən etibarən ölkə üzrə bütün məktəblərdə vahid forma tətbiq edilir. Ona görə də hər bir valideynin öhdəliyidir ki, hökümətin bu qərarına əməl etsin. 

Amma bir məsələ var ki, regionlarda məktəbli forması əldə eləmək o qədər də asan deyil. Çünki, bunun üçün valideynlər paytaxta gəlmək məcburiyyətindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Köhnə məktəbli formalarından İSTİFADƏ OLUNMAYACAQ – Nazirlikdən TAPŞIRIQ  


Məktəbli formasının təminatında isə heç bir kordinasiya yoxdur. Bu sahədə özfəaliyyət hökm sürür. Bəzi şirkətlər öz təşəbbüsləri ilə vahid məktəbli formasının istehsalı və satışı ilə məşğuldur.

Məsələn ölkə üzrə ən böyük məktəbli forma istehsalçısı “Bakı Tikiş Evi” ASC-dir. Bu müəssisəninsə illik istehsal gücü 300 min məktəbli formasıdır. Hazırda müəssisənin Bakıda 10, regionlarda isə cəmi 11 satış məntəqəsi var. Bu da onu göstərir ki, tələbatın ödənilməsində ciddi problem var. Üstəlik, bir sıra regionlarda məktəbli forması o qədər də əlçatan deyil.

Məsələ ilə bağlı Millət vəkili Razi Nurullayevin fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hər tədris ili başlayanda eyni problemin təkrarlandığını görürük:

“Bu da məktəbli forması ilə bağlı məsələdir. Məktəbli formasının hər kəs üçün əlçatan olmaması ciddi narazılıq yaratsa da və hər il təkrarlansa da nədənsə müvafiq qurumların bu problemin həllinə çalışmır. Bu ildənsə ölkə üzrə bütün məktəblərdə vahid məktəbli forması tətbiq edilir. Deməli bu il narazılıq daha çox olacaq. Baxmayaraq ki, bu məsələ qlobal problem deyil. Çox asan həll yolu var. Əvvəla ona görə ki, heç kim valideynə məktəbli formasını pulsuz vermir. Üstəlik ucuz da satmırlar. Pulnan satılan məhsulunsa defisit olması xeyli təəccüblüdür. Alıcısı və satıcısı bəlli olan bir problem öz həllini tapmırsa, deməli burada başqa səbəblər var”.

Millət vəkili onu da qeyd etdi ki, bu məsələ ilə bağlı hökümət səviyyəsində addımlar atılmalıdır:

“Paytaxtla yanaşı regionlarda da məktəbli formalarının istehsalı və satışı təşkil edilməlidir. Bu məsələ ilə bağlı mənə də müraciətlər olur. Axı, bir məktəbli formasına görə valideyn nəyə görə Bakıya gəlməlidir?! Çox təəssüf ki, son vaxtlar məktəbli forması üçün Bakıya gələn zaman avtoqəzaya düşən valideynlər haqqında davamlı xəbərlər eşidirik. Görün xırda bir məsələ bəzən insanların həyatı bahasına öz həllini tapır. 

Kimlərsə bu sahədə böyük biznes qurur, böyük pullar qazanır. Amma sadə insanlarsa həm mənəvi, həm də maddi sıxıntı çəkir. Regiondakı valideynlərə bəzən bir məktəbli forması Bakıdakı qiymətdən iki dəfə baha qiymətə başa gəlir. 

Elm və Təhsil Nazirliyi təcili olaraq bu məsələyə müdaxilə etməlidir. Müvafiq dövlət qurumları və iş adamları ilə birgə bu problemin həllinə nail olunmalıdır.

Valideyn dövlətdən və yaxud kimdənsə havayı məktəbli forması istəmir. Valideynlərin istədiyi bu formanın əlçatan olmasıdır. Bunu da etmiriksə, onda sabah valideyndən və yaxud şagirddən necə tələb edə bilərik ki, məktəbə vahid formada gəl?!”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO