Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatı göndərdi - FOTO

Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatı göndərdi - FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatı göndərdi - FOTO

15388

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları çatdırılıb.

Bizim.Media xəbər verir ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu mütəmadi olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.

Ötən müddətdə respublika üzrə sosial yardıma ehtiyacı olan minlərlə ailəyə Yeni il, Novruz və Qurban bayramlarında sovqatlar çatdırılıb, onlar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib.

Budəfəki Novruz bayramında isə respublika üzrə ümumilikdə 100 min ailəyə baş çəkilib, onlara Fondun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb.

Qeyd edək ki, sovqatların ailələrə çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dəstəyi ilə həyata keçirilib.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti sovqatların regionlara daşınmasına və paylanmasına dəstək verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO